satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraşda olub

Azərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraşda olub

Bu gün Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib.

Nümayəndə heyəti Kahramanmaraşda Azərbaycan hökuməti tərəfindən zəlzələdən zərər çəkənlər üçün qurulmuş çadır şəhərciklərinə baş çəkib və 360 çadırda ailələrə Ramazan bayramı münasibətilə yardımlar paylanılıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, bu müddət ərzində daimi olaraq yardımlar davam edib, yenə də davam edəcək. Eyni zamanda zəlzələdən zərər çəkmiş insanlar üçün Azərbaycanın dəstəyi ilə evlərin tikilməsi üçün işlər də başlayır. Nümayəndə heyəti tikinti üçün ayrılmış yerə də baş çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM