satellite   Azerspace-1: 11135 H 30000

Prezident: İsrail şirkətlərinin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmələri üçün yaxşı imkanlar var

Prezident: İsrail şirkətlərinin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmələri üçün yaxşı imkanlar var

Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesi uğurla həyata keçirilir. Bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsi önəm daşıyır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib ki, İsrail şirkətlərinin Ələt Azad İqtisadi Zonasında da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanlar var. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılması da önəmlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM