satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycanda səfərdədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Dövlət katibinin müavini Olson Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və digər hökumət rəsmiləri ilə görüşəcək.

Dövlət katibinin köməkçisinin müavini ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq.

Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM