satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin Bolqarıstana səfəri Rumıniya KİV-lərinin diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Bolqarıstana səfəri Rumıniya KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri Rumıniya KİV-lərinin də diqqət mərkəzində olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Calea Europeana”, “Agerpres”, “Capital.ro”, “Euractiv”, “Economedia” və digər nüfuzlu xəbər portallarında, nəşrlərdə dərc olunan yazılarda aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalandığı vurğulanıb.

Bildirilib ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Qeyd olunur ki, layihə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın mövcud qaz nəqli infrastrukturundan istifadə etməklə Azərbaycandan əlavə həcmdə təbii qazın ötürülməsinə imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM