satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: "Azərbaycan-Fransa münasibətləri müxtəlif sahələri əhatə edən uğurlu əməkdaşlıq kimi səciyyələndirilə bilər"

Ceyhun Bayramov: "Azərbaycan-Fransa münasibətləri müxtəlif sahələri əhatə edən uğurlu əməkdaşlıq kimi səciyyələndirilə bilər"

Ötən il Azərbaycan-Fransa diplomatik münasibətlərinin təsis edilməsinin 30 illiyi tamam olub. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri çox dinamik inkişaf edən və çoxşaxəli əlaqələr olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnailə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, iki ölkə arasındakı münasibətlər, sözün əsl mənasında, ən müxtəlif sahələri əhatə edən uğurlu əməkdaşlıq kimi səciyyələndirilə bilər. “Biz bu uzun müddət ərzində olduqca strateji bir sıra sahələrdə böyük birgə layihələr həyata keçirmişik”, - deyə C.Bayramov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM