satellite   Azerspace-1: 11135 H 30000

Ketrin Kolonna: "Azərbaycan tarixində ağır yol keçib və bunu görmüşük"

Ketrin Kolonna: "Azərbaycan tarixində ağır yol keçib və bunu görmüşük"

Azərbaycan və Fransa tarixi tərəfdaşlardır. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Azərbaycan öz tarixində ağır yol keçib və bunu görmüşük.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində xeyli ölən və yaralanan olub, bu, olduqca təəssüflüdür. “Biz minadan təmizlənmə işlərinə dəstəyimizi vermişik və bu məsələnin həlli insan həyatını qorumuş olar. Fransa Azərbaycana minadan təmizlənməyə görə yarım milyon avro həcmində yardım edib. Minalara görə qurbanlar olub, ümid edirik ki, bundan sonra bu, daha davam etməyəcək”, - deyə Ketrin Kolonna bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM