satellite   Azerspace-1: 11135 H 30000

Prezident: "Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmır"

Prezident: "Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmır"

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə dövlət başçısı aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.

Bu xüsusda dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM