satellite   Azerspace-1: 11135 H 30000

Ketrin Kolonna: "Fransa Azərbaycanla Ermənistan arasında sülh istəyir"

Ketrin Kolonna: "Fransa Azərbaycanla Ermənistan arasında sülh istəyir"

Fransa istəyir ki, Azərbaycan və Ermənistan arasında sülh olsun. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsi üçün cəhdlər edir və bunu alqışlayırıq. Sülhə gedən yol çətin yoldur, səbir, təmkin tələb edir. Bununla bağlı gələcək panlar da qurulmalıdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib.

“Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Növbəti illər ərzində sülh sazişinə nail olmaq lazımdır. Biz istərdik ki, danışıqlar məhsuldar olsun”, - deyə Ketrin Kolonna qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM