satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: "Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmalıdır"

Prezident İlham Əliyev: "Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmalıdır"

Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılması zəruridir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib.

Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb. Azərbaycan Prezidenti əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmini diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan-Fransa münasibətlərinin gündəliyi həmişə çox geniş olub, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlıq yaxşı tarixə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM