satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN rəhbərinin müavini: Bakı və İrəvanın sülh sazişi uzunmüddətli və dayanıqlı qərarlara əsaslanmalıdır

Rusiya XİN rəhbərinin müavini: Bakı və İrəvanın sülh sazişi uzunmüddətli və dayanıqlı qərarlara əsaslanmalıdır

Bakı və İrəvanın sülh sazişi uzunmüddətli və dayanıqlı qərarlara əsaslanmalıdır, bununla yanaşı, Azərbaycan və erməni tərəfi nəyin onların maraqlarına cavab verdiyini və dayanıqlı sülhü necə təmin etməyi özləri həll etməlidir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin söyləyib. O deyib: “Bakı və İrəvan nəyin onların maraqlarına cavab verdiyini və öz xalqları üçün etibarlı və dayanıqlı sülhü necə təmin etməyi özləri həll etməlidir. Bu zaman, təbii ki, sülh sazişi uzunmüddətli və dayanıqlı qərarlara əsaslanmalıdır”.

O vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini hərtərəfli dəstəkləyir. Rusiyanın tərəflərə təmas nöqtələri tapmaqda, onları qane edən formullar və kompromislər əldə etməkdə şərait yaratdığını qeyd edən RF XİN rəhbərinin müavini əlavə edib: “2022-ci il oktyabrın 31-də Soçidə keçirilən sammitin yekunlarına dair liderlərin üçtərəfli bəyanatında regionda dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh sazişinin imzalanmasına fəal hazırlıq işlərinin görülməsinin vacibliyi vurğulanıb”.

M.Qaluzin əmin olduğunu bildirib ki, birgə işi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrından bəri əldə etdikləri üçtərəfli razılaşmalar kompleksinin reallaşdırılması kontekstində nəzərdən keçirmək lazımdır. O qeyd edib: “Onlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin əsasını təşkil edir və Bakı ilə İrəvan arasında barışığın “yol xəritəsini” formalaşdırır. Bu proses nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılmasını, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını və vətəndaş cəmiyyəti xətti ilə təmasların inkişafını ehtiva edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM