satellite   Azerspace-1: 11135 H 30000

Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub - FOTOLAR

Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub<font color=red> - FOTOLAR</font>

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.

Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib.

Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM