satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında ciddi imkanlar var

Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında ciddi imkanlar var

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

İclasda qonaq qismində iştirak edən dövlətimizin başçısı çıxışında bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”.

Dövlətimizin başçısı, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM