satellite   Azerspace-1: 11135 H 30000

Sadır Japarov: Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin otuzillik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır

Sadır Japarov: Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin otuzillik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır

Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində son illər Azərbaycan sosial-iqtisadi islahatlarda, eləcə də beynəlxalq aləmdə əhəmiyyətli uğurlar əldə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

Qırğızıstan Prezidenti məmnunluqla qeyd edib ki, dostluğun və mədəni-dil oxşarlığının dərin tarixi kökləri Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin indiki xarakterini qabaqcadan müəyyənləşdirib.

“Ölkələrimiz arasında diplomatik münasibətlərin otuzillik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır. Bu münasibətlər bizim birgə səylərimiz sayəsində xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir” – deyə Sadır Japarov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM