satellite   Azerspace-1: 11135 H 30000

Mixalko: “Aİ ərazilərin minatəmizləmə fəaliyyətində Azərbaycanın əsas tərəfdaşıdır”

Mixalko: “Aİ ərazilərin minatəmizləmə fəaliyyətində Azərbaycanın əsas tərəfdaşıdır”

“Avropa İttifaqı minatəmizləmə fəaliyyətinə dəstək verilməsi üzrə qlobal lider və bu sahədə Azərbaycanın əsas tərəfdaşıdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Piter Mixalko “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda çıxışı zamanı deyib.

“Biz minaların insan həyatına son qoymaqda davam etməsi faktını nəzərə alırıq və həmin şəxslərin ailələrinə başsağlığı veririk. Aİ həmçinin minatəmizləmə işində Azərbaycana yardım və maliyyə dəstəyini artırmaq üçün üzv ölkələr arasında əməkdaşlığı gücləndirir”, - səfir bildirib.

O, minalarla mübarizənin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və müxtəlif QHT-lər tərəfindən də dəstəkləndiyini əlavə edib.

“Minaların təmizlənməsi yeni mina sahələrinin olmayacağını nəzərdə tutur və bu baxımdan Piyadalar Əleyhinə Minalar Qadağası Müqaviləsi kimi də tanınan Ottava Konvensiyası nəzərə alınmalıdır. Minatəmizlənməsi fəaliyyəti məcburi köçkünlərin öz evlərinə qayıtması baxımından çox vacibdir”, - səfir deyib və əlavə edib ki, Aİ gələcəkdə bu ərazilərin bərpasında iştirak imkanını da nəzərdən keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM