Ceyhun Bayramov NATO nümayəndəsini Azərbaycan-Ermənistan sülh danışıqları barədə məlumatlandırıb - FOTOLAR

Ceyhun Bayramov NATO nümayəndəsini Azərbaycan-Ermənistan sülh danışıqları barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov NATO nümayəndəsini Azərbaycan-Ermənistan sülh danışıqları barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib.

Bu barədə NUHÇIXAN-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların cari vəziyyəti müzakirə edilib.

Görüşdə, Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə Xavyer Kolomina NATO-nun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM