satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq"

Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq"

"Türk xalqı Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacaq".

Naxçıvan televiziyası-ın məlumatına görə, bu fikir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq. Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm", - məktubda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM