satellite   Azerspace-1: 11135 H 30000

RF XİN-də ümid edirlər ki, Bakı və İrəvan arasında müntəzəm təmaslar yekun sülh razılaşmaları əldə etmək imkanı verəcək

RF XİN-də ümid edirlər ki, Bakı və İrəvan arasında müntəzəm təmaslar yekun sülh razılaşmaları əldə etmək imkanı verəcək

RF XİN-də ümid edirlər ki, Bakı və İrəvan arasında müntəzəm təmaslar yekun sülh razılaşmaları əldə etmək imkanı verəcək.

Naxçıvan televiziyası xəbər verir ki, RF xarici siyasət idarəsi başçısının müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində Rusiya tərəfinin “həm Bakını, həm də İrəvanı mübahisəli məqamlar üzrə qane edəcək tarazlaşdırılmış, kompromis həll yollarının” axtarılmasına kömək etdiyini vurğulayıb.

“Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanı yaxşılaşdırmaq, bir sıra məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq imkanı verdi. Bu məqsədlə Bakı və İrəvana bundan sonra da hər cür kömək göstərəcəyik. Ümidvarıq ki, belə müntəzəm təmaslar yekun sülh razılaşmaları əldə etmək imkanı verəcək”, - deyə diplomat vurğulayıb.

M.Qaluzin qeyd edib ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması üzrə prosesə sülh sazişi ilə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və ictimai təmasların inkişafı yolu ilə etimadın möhkəmləndirilməsi kimi istiqamətlər daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM