satellite   Azerspace-1: 11135 H 30000

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar - VİDEO

Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və idmana marağın  artırılması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan televiziyası xəbər verir ki, bu məqsədlə “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir. Hərbi qulluqçularımız bu dəfə hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin şərtlərini və təhlükəsizlik qaydalarını iştirakçılara çatdırdıqdan sonra yarışa start verilib.

13 komandadan 75 idmançı maneələr zolağının dəf edilməsi, avtomatdan 200 metr məsafəyə atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma və 8 km məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən tapşırıqlara ən qısa zamanda əməl edən xüsusi təyinatlılardan ibarət komandalar müvafiq olaraq 1-ci və 3-cü yerlərə, motoatıcılar isə 2-ci yerə layiq görülüb.

Fərdi hesabda qalib gələn idmançı hərbi qulluqçulara fəxri fərman, ilk üç pillədə qərarlaşan komandalara isə kubok və diplomlar təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM