satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”

Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”

“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

O qeyd edib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb: “Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”.

Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır:

“Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM