satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb - FOTOLAR

Azərbaycan XİN Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan XİN Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan XİN Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan XİN Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb.

“Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya Müharibəsi abidəsini dağıdan və 1992-ci ilin mayında erməni terrorçularının siyahısını yandıran məhz Ermənistandır”, - Ayxan Hacızadə qeyd edib.

“Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi vurğulayıb.

“Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”, - A.Hacızadə qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM