satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir

Prezident İlham Əliyev: Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir

Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edərkən deyib.

ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkələrimizin genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-ın TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM