satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, nazir Ceyhun Bayramov Mövlud Çavuşoğlunun dost və qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq və yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb və qarşı tərəfə dərin minnətdarlığını bildirib.

Nazir Ceyhun Bayramov Mövlud Çavuşoğluna gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Mövlud Çavuşoğlu minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın və Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM