satellite   Azerspace-1: 11135 H 30000

Armen Qriqoryan: “İlin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var”

Armen Qriqoryan: “İlin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var”

“Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, lakin biz irəliləyirik”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

“Bütün suallar vacibdir və bütün suallar bir-birinə bağlıdır. Danışıqlar çox intensiv gedir və bu proses davam etsə, ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var. Bizim münasibətimiz ondan ibarətdir ki, biz həll yolları tapırıq və bu həllər çərçivəsində sülh gündəmi ilə irəliləyirik və sülh müqaviləsi bağlayırıq”.

O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM