satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti Qlobal Media Forumunda Transxəzər layihəsindən danışıb

Azərbaycan Prezidenti Qlobal Media Forumunda Transxəzər layihəsindən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Transxəzər qaz kəməri layihəsindən danışıb.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib. Prezident Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə bunları deyib. “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç ildən də az əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM