satellite   Azerspace-1: 11135 H 30000

Minaların xəritəsinin verilməməsi Ermənistanın bizə qarşı terrorunun davamıdır - Prezident

Minaların xəritəsinin verilməməsi Ermənistanın bizə qarşı terrorunun davamıdır<font color='red'> - Prezident</font>

Müharibə bitəndən sonra minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni azad olunmuş ərazilərdə üç yüzə yaxın mina partlayışı baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Minaların basdırılmasının müharibə cinayəti olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Həmin minaların xəritəsinin təqdim edilməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Ermənistanın baş naziri şəxsən rəsmi olaraq bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, elə xəritələr var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM