satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə modernizə ediləcək

Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə modernizə ediləcək

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında Su-25 hücum təyyarələrinin modernizasiyasına dair anlaşma imzalanıb.

Naxçıvan televiziyası Türkiyə mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi İstanbul şəhərində keçirilən “IDEF - 2023” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.

Sənədi Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini Aqil Qurbanov və “TUSAŞ” şirkətinin Baş meneceri Temel Kotil imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM