satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Syerra-Leone ilə əməkdaşlıq yolunda bundan sonra da birgə səylər göstərəcəyik

Azərbaycan Prezidenti: Syerra-Leone ilə əməkdaşlıq yolunda bundan sonra da birgə səylər göstərəcəyik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Culius Maada Bionu təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Azərbaycan Prezidenti Syerra-Leoneli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqın rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM