satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Naxçıvan televiziyası-ın məlumatına görə, Gürcüstanın Şovi kurortunda baş verən faciəyə görə bu ölkədə elan edilmiş matəm günü ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib.

Xatırladaq ki, avqustun 7-də Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş faciə ilə əlaqədar bu ölkədə matəm elan edilib.

Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılarla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM