satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Azərbaycan İcması: "Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırırıq"

Qərbi Azərbaycan İcması: "Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırırıq"

Qərbi Azərbaycan İcması Litvanın Vətən müharibəsindən sonra Azərbaycana qarşı sistemli, ardıcıl xarakter almış qərəzli mövqeyini pisləyir və bu ölkənin ərazi bütövlüyü, suverenlik, separatizm kimi məsələlərə münasibətdə selektiv yanaşma sərgiləməsindən təəssüflənir.

Bu barədə Naxçıvan televiziyası-a İcmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa, diqqəti özündə milli azlıqlarla bağlı problemlərin həllinə yönəltməyə çağırır.

"Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Litva özünü “ədalət carçısı” hesab edirsə, onda dostu hesab etdiyi, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş Ermənistanla sıx münasibətlərindən istifadə edərək Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldıra bilər", - deyə məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM