satellite   Azerspace-1: 11135 H 30000

Zakir Həsənov: Şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirdi

Zakir Həsənov: Şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirdi.

Sizin kədəriniz bizim də kədərimizdir.

Şəhid hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM