satellite   Azerspace-1: 11135 H 30000

Mülki ermənilərin BQXK vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb - VİDEO

Mülki ermənilərin BQXK vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb<font color=red> - VİDEO</font>

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 29 nəfər şəxs olub. Onlardan 6-sı BQXK-nın üzvü, 9-u sürücü, 9 nəfəri xəstə, 4 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM