satellite   Azerspace-1: 11135 H 30000

İndiyədək Qarabağda 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib

İndiyədək Qarabağda 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib

“Ötən dövr ərzində Xocavəndin Edilli, Xocalının Fərrux, Füzulinin Seyidəhmədli, Şuşa Daşaltı kəndlərində, həmçinin Kəbəcər, Ağdam və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə 300-ə yaxın məhkəmə tibbi kriminalistik və məhkəmə molekulyar genetik ekspertizası həyata keçirilib.

E.Tağıyev bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi prosesi davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM