satellite   Azerspace-1: 11135 H 30000

Şuşada kütləvi məzarlıqda tapılan meyit qalıqlarının qarın nahiyəsində mismarlar aşkarlanıb

Şuşada kütləvi məzarlıqda tapılan meyit qalıqlarının qarın nahiyəsində mismarlar aşkarlanıb

“Şuşada aşkarlanan 6 nəfərə aid meyit qalıqlarının qarın nahiyəsində nal mismarları tapılıb”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, bu da onlara mismarların məcburən uddurulmasına dəlalət edir:

“Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlanıb”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM