satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN ATƏT sədrinin xüsusi nümayəndəsinin regiona səfərinə münasibət bildirib

Azərbaycan XİN ATƏT sədrinin xüsusi nümayəndəsinin regiona səfərinə münasibət bildirib

“Hər gün Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərvaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X”də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərinə münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid prosesi tənzimlənir: "Əgər on gün əvvəl ermənilər tərəfindən razılaşma pozulmasaydı, Ağdam-Xankəndi yolundan istifadə oluna bilərdi".

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcək. Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM