satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: "Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri ABŞ Konqresinin nümayəndələri tərəfindən edilib" - FOTOLAR

Hikmət Hacıyev: "Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri ABŞ Konqresinin nümayəndələri tərəfindən edilib"<font color=red> - FOTOLAR</font>

Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri öz maraqlarını düşünməyən Konqres nümayəndələri tərəfindən təşkil edilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə bildirib.

Prezident köməkçisinin sözlərinə görə, Azərbaycana hərbi dəstəyi məhdudlaşdırmaq cəhdləri “əslində erməni lobbisini təmsil edən və öz milli maraqlarını düşünməyən Konqres nümayəndələri” tərəfindən təşkil edilir.

O əlavə edib ki, bu cür hərəkətlər ABŞ və onun müttəfiqlərinin davamlı sülhü təmin etmək səylərinə “zərərli” ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM