satellite   Azerspace-1: 11135 H 30000

Sabahdan Füzuli şəhərinə ilk köç başlayır

Sabahdan Füzuli şəhərinə ilk köç başlayır

Avqustun 18-dən Füzuli şəhərinə ilk köç başlayır.

Naxçıvan televiziyası xəbər verir ki, ilk olaraq 90 nəfərdən ibarət olan 23 ailə sabah doğma şəhərinə qayıdacaq.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin köçürülməsi nəzərdə tutulur.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM