satellite   Azerspace-1: 11135 H 30000

Latın Amerikasındakı icmamız beynəlxalq ictimaiyyəti erməni uydurmalarına inanmamağa çağırıb

 Latın Amerikasındakı icmamız beynəlxalq ictimaiyyəti erməni uydurmalarına inanmamağa çağırıb

Latın Amerikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Naxçıvan televiziyası-a bildiriblər ki, Latın Amerikasının Azərbaycan Cəmiyyəti adından Birləşmiş Millətlər Təşkilatının müvafiq institutlarına və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda soydaşlarımız Ermənistanda mövcud olan revanşist əhvali-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq keçirdiklərini qeyd ediblər.

2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin indiyədək həll olunmadığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu nəzərə çatdırılıb.

Latın Amerikasındakı soydaşlarımız beynəlxalq təşkilatları ermənilərin əsassız iddialarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən, yeni iğtişaşların yaranmasında maraqlı olmayan Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM