satellite   Azerspace-1: 11135 H 30000

Pakistan XİN-ə müvəqqəti rəhbər təyin edilib

Pakistan XİN-ə müvəqqəti rəhbər təyin edilib

Pakistanın ABŞ-dəki keçmiş səfiri Cəlil Abbas Cilani ölkənin müvəqqəti xarici işlər naziri təyin edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Business Recorder” qəzeti Pakistanın İnformasiya Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan Dövlət Bankının keçmiş rəhbəri Şəmşad Axtar müvəqqəti maliyyə və gəlirlər naziri təyin olunub.

Bundan əvvəl İslamabaddakı prezident sarayında Pakistanın müvəqqəti nazirlər kabinetinin andiçmə mərasimi keçirilib. Müvəqqəti hökumət üzvlərinin andını prezident Arif Alvi qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM