satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də erməni təxribatının qarşısını alarkən saxlanılan həmyerlimiz sərbəst buraxılıb

ABŞ-də erməni təxribatının qarşısını alarkən saxlanılan həmyerlimiz sərbəst buraxılıb

ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində hakim qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, iki gün əvvəl ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz növbəti məhkəməyə qədər azadlığa buraxılıb. M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli xəsarət yetirməkdə ittiham edib.

ABŞ dövlətinin A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası həmyerlimizlə bağlı şikayət üzrə prosesin davam etdiriləcəyini deyib. O qeyd edib ki, növbəti məhkəmə tarixi sentyabr ayının sonlarına təyin olunub. Vəkil A.Zeynalovanın müdafiəsi üçün məhkəməyə qədər insidentə dair zəruri olan bütün dəlillərin və məlumatların toplanacağını bildirib.

Azərbaycanın ABŞ səfirliyindən bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımİ addımlar atılıb və bundan sonra da atılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM