satellite   Azerspace-1: 11135 H 30000

XİN: “Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və bunun qurbanı təkcə Azərbaycan deyil”

XİN: “Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və bunun qurbanı təkcə Azərbaycan deyil”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı "X" hesabında paylaşım edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, paylaşımda deyilir ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil.

“Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, - XİN-dən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM