satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Azərbaycan İcması: Belçika XİN başçısının İrəvanda səsləndirdiyi fikirləri qərəzlidir

Qərbi Azərbaycan İcması: Belçika XİN başçısının İrəvanda səsləndirdiyi fikirləri qərəzlidir

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər naziri Hadija Labibin avqustun 22-də Ermənistanın paytaxtı İrəvanda səsləndirdiyi fikirləri qərəzli adlandırıb.

Bu barədə Naxçıvan televiziyası-a Qərbi Azərbaycan İcmasından bildirilib.

“Bu, artıq belçikalı nazirin avqust ayı ərzində Azərbaycana qarşı ikinci açıqlamasıdır. Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə ümumiyyətlə məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır. Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmayıb. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, - deyə İcmanın məlumatında qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM