satellite   Azerspace-1: 11135 H 30000

Otuz bir il əvvəl şəhid olan Məhərrəm Abbasov torpağa tapşırılıb - FOTOLAR

 Otuz bir il əvvəl şəhid olan Məhərrəm Abbasov torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font>  Otuz bir il əvvəl şəhid olan Məhərrəm Abbasov torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font>  Otuz bir il əvvəl şəhid olan Məhərrəm Abbasov torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font>

Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.

Şəhid Məhərrəm Abbasov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid Məhərrəm Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM