satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər - FOTOLAR

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər<font color=red> - FOTOLAR</font> Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər<font color=red> - FOTOLAR</font>

Gürcüstanda 21 ölkənin iştirakı ilə “Agile Spirit 2023” çoxmillətli hərbi təlimlər başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 11-ci dəfədir təşkil olunan təlim çərçivəsində Vaziani hərbi aerodromunun ərazisində ilk nümayiş komponenti təqdim olunub. ABŞ Ordusunun Avropa Komandanlığının 173-cü Hava Desant Briqadasının C-17 çoxməqsədli hərbi-nəqliyyat təyyarəsi Vazianidə hava-desant təlimi keçirib. Əməliyyatda Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və müdafiə attaşesi, polkovnik Cozef Bilbo, Müdafiə Qüvvələrinin rəhbərləri və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Qeyd edək ki, "Agile Spirit 2023" NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin qərargahında açılıb.

Hərbi təlimlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM