satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan səfiri Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ökənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Vurğulanıb ki, R.Məmmədov yeni vəzifəsində M.Güraka uğurlar arzulayıb.

R.Məmmədov isə özünün “X” hesabında yazıb ki, görüş zamanı tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub:“Əməkdaşlığın inkişaf edən xətlə davam edəcəyinə inanırıq”.

Qeyd edək ki, M.Gürak avqustun 3-də Türkiyə Ordusunun Baş Qərargah rəisi təyin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM