satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: "Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil"

Ceyhun Bayramov: "Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil"

"Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə həyata keçirilib".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə həmkarına məlumat verib: "Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə məlumat verdim. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb".

Azərbaycanın XİN başçısı söyləyib ki, yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir: "Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM