satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: "Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz"

Ceyhun Bayramov: "Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz"

"Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir belçikalı həmkarının gələcəyə baxış tövsiyəsini doğru saydığını söyləyib: "Hadja Lahbib də keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. O, gələn ilin yanvarında Belçikanın Avropa İttifaqına sədrlik edəcəyini bildirib. Mən də bu sədrliyin uğurlu olmasını diləyirəm. Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdiklərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM