satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Baş naziri: “Cənubi Qafqazda kommunikasiyaların açılması regionun davamlı inkişafını təmin edəcək”

Rusiya Baş naziri: “Cənubi Qafqazda kommunikasiyaların açılması regionun davamlı inkişafını təmin edəcək”

“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun davamlı inkişafını təmin edəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, rəsmi Moskva regionda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulmasının tərəfdarıdır: “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərərəfli razılaşmaya uyğun olaraq yeni infrastruktur layihələrinin yaradılmasının davamlı iqtisadi inkişafı təmin edəcəyinə inanıram”.

M.Mişustinin sözlərinə görə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması həm də insanlar arasında əlaqələri gücləndirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM