satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Moldovanı təbrik edib

Azərbaycan XİN Moldovanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Moldovanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici siyasət idarəsi eksdə paylaşım edib.

“Müstəqillik Günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk! Biz strateji əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, - sosial şəbəkədə qeyd olunub.

Qeyd edək ki, 1991-ci il avqustun 27-də Moldova SSR-nin Böyük Millət Məclisinin deputatları Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin lehinə səs verib. Beləliklə, bu qərarla Moldova faktiki olaraq SSRİ-ni tərk edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM