satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman: Ballıqaya faciəsi ilə Ermənistan insan hüquqları sahəsində beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub

Ombudsman: Ballıqaya faciəsi ilə Ermənistan insan hüquqları sahəsində beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub

Ballıqaya faciəsi ilə Ermənistan insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Ballıqaya faciəsi ilə bağlı “X”dəki paylaşımında qeyd olunub.

Bildirilib ki, 1992-ci il avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı qətliam törədilib:

“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarından biri olan Ballıqaya faciəsi zamanı bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar hədəfə alınmış, 6-sı azyaşlı olmaqla, 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan bu cinayət əməli nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM