satellite   Azerspace-1: 11135 H 30000

Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus- Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

Naxçıvan televiziyası xəbər verir ki, BQXK-ya məxsus nəqliyyat vasitələrində BQXK nümayəndələri və erməniəsilli şəxslər olub.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Avtomobillərdə habelə ərzaq və dərman ləvazimatı da olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM